Dünya

Dünyanın ən böyük körpüsü Türkiyədə olacaq

Dünyanın ən böyük körpüsü Türkiyədə olacaq

18 mart 2017-ci ildən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulan "1915 Çanaqqala Körpüsü"nün 318 metr hündürlüyündə olan dayaqlarında işlər tamamlanıb.

Demokrat.az xəbər verir ki, Lapseki sahilində yerləşən 680 metr uzunluğunda məsafədə nişannlanmış əraziyə ilk çərçivələr qurulub. Hər biri 17 və 30 metr uzunluğunda 42 parçadan ibarət çərçivələr itələnərək və sürüşdürülərək lazımı nöqtəyə çatdırılacaq.

Çanaqqala Boğazına boyunbağı olacaq "1915 Çanaqqala Körpüsü" üzərində işlər fasiləsiz davam etdirilir. İş aparılan ərazidə karonavirusun yayılmasına qarşı lazımi izolyasiya təmin edilib. Çanaqqala Südlücə və Leksekayanı birləşdirəcək "1915 Çanaqqala Körpüsü"nün təməli 18 Mart 2017-ci il tarixində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən atıldıqdan dərhal sonra Südlücədə hər biri 1 futbol sahəsi ölçüsündə olan 2 qüllə tikilib.

Keçən ilin may ayında dəniz dibinə bərkidilmiş dəmir çivlərin üzərinə ilk bloklar qoyulub.

Bundan sonra qırmızı və ağ rənglərlə Türk bayrağını simvolizə edən körpünün ayaqları ucaldılmağa başlanılıb. Son 9 ay ərzində hündürlüyü 318 metrə çatacaq körpünün ayaqları üzərində iş tamamlanıb.

Qeyd edək ki, körpü 18 mart 2022-ci ildə xalqın istifadəsinə veriləcək.

Dünyanın ən böyük körpüsü Türkiyədə olacaq

D
demokrat.az