Dünya

Ermənistanda hərbçiləri daşıyan maşın yandı — Polkovnik öldü

Ermənistanda hərbçiləri daşıyan maşın yandı — Polkovnik öldü

Ermənistanın Eçmiədzin şəhərində "Mazda" markalı avtomobildə baş verən yanğın zamanı 4 hərbçi yanıq xəsarəti alıb, onlardan biri ölüb.

Demokrat.az xəbər verir ki, onlar Vazgen Sarqsyan adına Hərbi Universitetin müəllimləridir.

Ölən şəxs 57 yaşlı polkovnik Ovik Kosakyandır.

Bildirilib ki, yanğınsöndürənlər V.Kosakyanın cəsədini maşında aşkarlayıb.

Məlumata görə, xəsarət alanlar hərbi universitetin müəllimləri - 58 yaşlı Aşot Şekikyan, 57 yaşlı Pavel Topçyan və 36 yaşlı Gevorq Arutyunyandır.(report.az)

D
demokrat.az