Dünya

Tramp: “Türkiyə F-35 hissələrini verməsə, nə edəcəyik?”

Tramp: “Türkiyə F-35 hissələrini verməsə, nə edəcəyik?”

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tədarük zəncirinin xaricdən asılı olmasından danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Fox Business” məlumat yayıb.

D.Tramp “dünyanın ən yaxşı döyüş təyyarəsi” adlandırdığı F-35-lərin detallarının Türkiyə və digər ölkələrdə istehsal edildiyini vurğulayıb:

“F-35-lərin əsas gövdəsi Türkiyədə istehsal edilir və oradan göndərilir. İndi Ərdoğanla yaxşı münasibətimiz var, ancaq olmasaydı, necə olacaqdı? “Sizə F-35 hissələrini vermirik” desələr, nə edəcəyik?”(oxu.az)

D
demokrat.az