Dünya

Tramp Putinin etdiyi jestdən danışdı

Tramp Putinin etdiyi jestdən danışdı

ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfindən göndərilmiş humanitar tibbi yardımı Vladimir Putinin gözəl jesti adlandırıb.

Demokrat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Tramp Rusiyanın ABŞ-a bir çox insanın həyatını xilas etməyə imkan verəcək yüksək keyfiyyətli tibbi avadanlıqlar göndərdiyini vurğulayıb.

Xatırladaq ki, Rusiya Nyu-Yorka 60 ton ağırlığında tibbi vasitələr göndərib.(oxu.az)

D
demokrat.az