Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kremldə keçirilən təkbətək görüşü 2 saat 40 dəqiqə çəkib.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, Suriya mövzusunda danışan dövlət başçılarının daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. Ardından hər iki prezident mətbuata açıqlama verib.
İlk açıqlama verən Putin "Astana görüşlərinin vacibliyində ortaq məxrəcə gəldik. Görüşün sonunda ortaq bir sənəd hazırlandı. Bu sənəd İdlibdə atəşkəsin təmin edilməsi ilə bərabər mülki əhalinin iztirablarına son qoyulmasına səbəb olacaq" deyib.
Ərdoğan isə görüş barəsində bunları deyib:
"Bu görüşü Türkiyədə həyata keçirəcəkdik. Sizin burada konstitusiya işləri ilə əlaqədar burada görüşdük. Bu gün burada atacağımız addım, verilən qərarlar həm bölgəni, həm də ölkələrimizi rahatlaşdıracaq. Atəşkəs bu gecə saat 00:00-da qüvvəyə minəcək" deyib".
Qeyd edək ki, görüş ümumilikdə 5 saat 40 dəqiqə davam edib.


