Dünya

“Koronavirusla bağlı situasiya nəzarətdən çıxa bilər” — ÜST-in Baş direktoru

“Koronavirusla bağlı situasiya nəzarətdən çıxa bilər” — ÜST-in Baş direktoru

Əgər bu infeksiyanın əhatə etdiyi ölkələr onun yox olmasının qarşısını almaq istiqamətində effektli tədbirlər görməslər, koronavirusun dünyada yayılması ilə bağlı situasiya nəzarət altından çıxa bilər.

Bu barədə Ümumdüya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adxanom Gebreyesus bəyan edib.

Onun sözlərinə görə, dünya həlledici mərhələdədir.

“Əgər siz virusun qarşısının alınması üçün Çindəki kimi analoji tədbirlər görsəniz, o zaman yoluxmaların sayının aşağı düşməsini görcəksiniz. Son nəticədə isə görəcəksiniz ki, virusu dayandırmaq olar” - deyə, ÜST rəhbəri qeyd edib.

Xatırladaq ki, dünyada koronavirus qurbanlarının sayı 2800-dən artıqdır, yoluxanlar isə 82 500 nəfərdir. (azpolitika.info)

Demokrat.az

D
demokrat.az