YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial media Özəl

Azərbaycanda sosial şəbəkələr üçün serial çəkilə bilər — Açıqlama

Azərbaycanda sosial şəbəkələr üçün serial çəkilə bilər — Açıqlama

Son dövrlər dünyada sosial şəbəkələr üçün nəzərdə tutulan qısa serialların istehsalı geniş yayılmağa başlayıb. Əsasən ingilis dilində hazırlanan bu layihələr 2-3 dəqiqəlik kadrlardan ibarət olur və 50-55 epizodu əhatə edir. Belə formatın istehsal xərclərinin nisbətən az olması, geniş auditoriya toplamaq və reklam gəlirləri əldə etmək imkanları onu daha cəlbedici edir.

Bəs sosial şəbəkələrin gündəlik həyatımızdakı rolunu və TikTok-un artan populyarlığını nəzərə alsaq, bu modelin Azərbaycanda da tətbiqi mümkündür? Yerli bazarda qısa seriallar kommersiya baxımından uğurlu ola bilərmi?

Azərbaycanda sosial şəbəkələr üçün serial çəkilə bilər — Açıqlama

Rejissor Kənan Mahmudov (Kənan MM) mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür layihələr gələcəkdə videobloqerlər tərəfindən də həyata keçirilə bilər, lakin ciddi sənət yaradıcılığı baxımından deyil, daha çox biznes xarakteri daşıyır.

Rejissorun sözlərinə görə bu cür layihələrin Azərbaycanda həyata keçirilməsi mümkündür və yaxın gələcəkdə buna cəhdlər ediləcəyi gözlənilir.

"Yerli seqmentdə əvvəllər də YouTube serialları ilə bağlı təşəbbüslər olub və müəyyən nəticələr əldə edilib. Bu cəhdlər eyni zamanda yeni, mobil komandaların və fərqli fəaliyyət mühitlərinin formalaşmasına şərait yaradır".

Daha sonra mövzu ilə bağlı saytımıza fikirlərini bölüşən rejissor İlqar Safat isə bildirib ki, biz də Azərbaycanda bu kimi seriallar çəkə bilərik.

Onun sözlərinə görə, gənc rejissorlar bunu etməlidirlər:

"Bu, onlar üçün yaxşı bir təcrübədir. Və onlar TikTok auditoriyası ilə daha tez əlaqə qurmağın yolunu tapacaqlar. Amma istərdim ki, bu seriallar bir az mənalı, bir az məzmunlu olsun və sadəcə üç dəqiqəlik cəfəngiyat olmasın. Bu videoları yaratmaq adi serial yaratmaqla eyni metodları tələb edir. Maraqlı bir personaj, ardıcıl bir süjet xətti və münaqişə olmalıdır. O zaman cəlbedici ola bilər".

Editor
Redaktor