YapiKredi Müraciət Forması
Mazda CX-5
Gündəm

Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı

Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı

Aparıcı Fira Cəlilova (Firuzə İskəndərova) Novxanı qəsəbəsindəki bağ evində cinayətkarın gizlədilməsi ilə bağlı iddialara cavab verib.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, aparıcı özünün "Instagram" hesabında yaydığı videomüraciətdə onun bağ evində yarımtikilinin olmadığını bildirib.

F.Cəlilova bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd edilən yarımtikili qonşu həyətdədir.

Videomüraciəti təqdim edirik:

Qeyd edək ki, aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynov əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunub və təkrar törətdiyi cinayətlərə görə axtarışda imiş. O, bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.

Ə.Hüseynovun aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirildiyi bildirilir. Məlumata görə, Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.

Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.