YapiKredi Müraciət Forması
Mazda CX-5
Maliyyə

Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər!

Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər!

Sahibkarlar Həftəsi münasibətilə Yapı Kredi Bank Azərbaycan sahibkarlar və hüquqi şəxslər üçün xüsusi kampaniya təqdim edir.

16–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində biznes müştərilərinə bank xidmətlərindən daha əlverişli şərtlərlə istifadə imkanı yaradılır.

Kampaniya çərçivəsində müştərilərə aşağıdakı güzəştlər təqdim olunur:

  • Bankın yeni müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün cari hesabların açılması komissiyasız həyata keçirilir.
  • Biznes debet kartlarının təqdim edilməsi üzrə qüvvədə olan standart tarifə 50% endirim tətbiq edilir.

· Kampaniya müddətində sifariş edilən əməkhaqqı kartları ödənişsiz təqdim olunur.

Kampaniyadan yararlanmaq və ətraflı məlumat əldə etmək üçün Yapı Kredi Bank Azərbaycanın filiallarına yaxınlaşa və ya *0444 nömrəsi vasitəsilə Telefon Mərkəzinə zəng edə bilərsiniz.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az saytından, *0444 Telefon Mərkəzindən və ya bankın "Instagram", "Facebook", "LinkedIn", "Telegram" və "WhatsApp" sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz.