YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

16 yaşlı qızı qaçırdı, münasibətdə oldu, cəza verilmədi — Detallar

16 yaşlı qızı qaçırdı, münasibətdə oldu, cəza verilmədi — Detallar

Bərdə rayonunda 21 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini, 2005-ci il təvəllüdlü Mehman Goranboy rayonunun kəndində yaşayan yetkinlik yaşına çatmayan Laləni (adlar şərtidir – red.) ailə qurmaq məqsədilə Bərdə rayonunun kəndində yerləşən anası Fidana məxsus, yaşayış olmayan fərdi yaşayış evinə gətirib.

O, həmin ünvanda yerləşən yataq otağında ilk dəfə Lalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub və ona qarşı seksual xarakterli digər hərəkətlər edib.

Mehman barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Bərdə rayonunun kəndində qeydiyyatda olduğunu, lakin Yevlax rayonunda nənəsi və babası ilə birlikdə yaşadığını bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, atası 2017-ci ildə ölüb, anası isə Bakı şəhərində yaşayır:

"Hazırda rəsmi olaraq heç bir yerdə işləmirəm. Goranboy rayonunun kəndində yaşayan Lalə ilə təxminən məlum hadisədən bir ay əvvəl "TikTok" sosial şəbəkəsində "Papatiyalar" adı ilə qeyd olunan səhifədə tanış oldum. Təxminən bir ay əvvəl Lalə həmin sosial şəbəkədə mənə salam yazdı. Mən də ona cavab yazdım. Sonra Lalədən nə üçün yazdığını soruşdum. O, şəkillərimi görərək bəyəndiyini və buna görə mənə mesaj yazdığını bildirdi.

Bundan sonra biz əvvəlcə "TikTok" sosial şəbəkəsində, ardınca isə "WhatsApp" mesajlaşma sistemi vasitəsilə əlaqə saxladıq. Lalə ilə yazışdığımız müddətdə aramızda sevgi münasibətləri yarandı. Bir müddət yazışdıqdan sonra Lalə ilə görüş təyin etdik və Goranboy rayonunda yerləşən Heydər Əliyev adına parkda görüşmək qərarına gəldik.

Yevlax rayonundan çıxaraq Goranboy rayonuna getdim. Parkda ilk dəfə onunla görüşdüm, söhbət etdik. Lalə mənə ailəsində müəyyən problemlər olduğunu və yaşadığı evdən çıxıb getmək istədiyini bildirdi. Laləyə səbrli olmasını və onunla ailə həyatı quracağımı bildirdim. Bundan sonra yenə də Lalə ilə mesajlaşma sistemi vasitəsilə əlaqə saxladım".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2026-cı il tarixdə Lalə ona evlənmək istədiyini deyib:

"Mən də Laləyə onunla evlənmək istədiyimi bildirdim. Sonra Lalənin məktəbdə oxuduğunu bildim. Lakin onun 2010-cu il təvəllüdlü olduğunu Bakı şəhərinə getdikdən sonra öyrəndim. Lalə mənə 16 yaşının içində olduğunu söylədi.

Bundan sonra Lalə taksi ilə Yevlax rayon avtovağzalına gəldi, mən də onu avtovağzalda qarşıladım. Həmin vaxt üzərimdə təxminən 120 manat var idi. Həmin pulun 100 manatı istifadəmda olan sahənin icarə pulu, 20 manatı isə nənəmin göndərdiyi pul idi.

Cinsi əlaqədə olacağımızı Laləyə qabaqcadan üstüörtülü şəkildə telefonda bildirmişəm. Lalə ilə görüşdükdən sonra onu başqa taksi ilə Bərdə rayonunun kəndində yerləşən ata evinə apardım. Laləni kənddəki evə cinsi əlaqədə olmaq üçün aparmışdım. Sözügedən ev boş olduğundan və orada yaşayış olmadığından onu ora apardım.

Evə daxil olduqdan sonra 5-10 dəqiqə söhbət etdik. Daha sonra Lalə ilə birlikdə yataq otağına keçdik və cinsi əlaqədə olduq. Cinsi əlaqədə olmağı Laləyə mən təklif etmişəm. Ona qarşı zor tətbiq etməmişəm, könüllü razılığı ilə əlaqədə olmuşuq".

Mehmanın sözlərinə görə, Lalə ilə əlaqədə olduqdan sonra qonşuluqda yaşayan əmisi Babəkin evinə gedib və onu əmisi ilə əmisi arvadı Ramilə qarşılayıb:

"Evə dəvət olunduqdan sonra əmim arvadı Ramilə bizə çay gətirdi. Əmim və arvadı Lalənin kim olduğunu soruşdu. Onlara Lalə ilə evlənəcəyimi dedim. Əmimin evinə getdikdən sonra anama zəng edərək hər şeyi bildirdim. Anam isə olanları normal qarşıladı".

Mehman qeyd edib ki, daha sonra əmisi evindən çıxıb və Lalə ilə birlikdə Yevlax rayon avtovağzalına gedib:

"Oradan da şəhərlərarası avtobus vasitəsilə Bakı şəhərində yaşayan anamın evinə getdik. Bakıya həmin gün təxminən saat 23 radələrində çatdıq. Evdə anam, bacım və bacımın əri olub. Anam bizi xoş qarşıladı və süfrə açdı.

Sonra anama polis şöbəsindən zəng gəldi və Laləni geri qaytarmağı bildirdilər. Anam isə gecə olduğunu əsas gətirərək Laləni apara bilməyəcəyini dedi. Daha sonra Lalə anasına olduğumuz ünvanı dəqiq bildirərək evin məkan məlumatlarını göndərdi.

Lalə bizdə qaldığı gün onunla birlikdə yatmamışam və cinsi əlaqədə olmamışam. Lalə telefonda anasına öz istəyi ilə gəldiyini bildirdi. Bir gün sonra səhər saat 07 radələrində Lalənin anası və əmisi olduğunu düşündüyüm şəxs Bakıya, bizim evimizə gəldi. Anam Lalənin ailə üzvlərinə nişan üçün üzük taxacağını bildirdi. Lalənin ailəsi isə bu barədə sonra danışacaqlarını söylədilər və onu apardılar.

Mənim Laləyə olan münasibətim ciddidir, onunla gələcəkdə evlənmək istəyirəm. Səhvimi başa düşürəm, törətdiyim əməldən peşmanam. Mənə rəhm edilməsini xahiş edirəm".

Bərdə Rayon Məhkəməsinin hökmü ilə Mehman 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmə əsasən, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilib.

Hökmdə qeyd olunub ki, təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi, həmçinin həmin müddətdə Yevlax rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat vermək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək tapşırılıb.

Fariz Məlikli

Editor
Redaktor