YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Rövşən Rüstəmov ona yeni vəzifə verdi - FOTO

Rövşən Rüstəmov ona yeni vəzifə verdi - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) yeni kadr təyinatı olub.

Demokrat.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Belə ki, İzzət Misirxanova ADY-nin İnsan Resursları Departamentinin İşə qəbul şöbəsinin müdiri vəzifəsinə təyin olunub. O, 2024-cü ildən ADY-də fəaliyyət göstərir və bundan əvvəl ADY-də işə qəbul üzrə baş mütəxəssis və mütəxəssis vəzifələrində çalışıb.

Xatırladaq ki, daha əvvəl ADY-nin İşə qəbul şöbəsinin müdiri vəzifəsində Samirə Məmmədova çalışıb. O, sentyabr ayında ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Rövşən Rüstəmov ona yeni vəzifə verdi - FOTO