"FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 50 min manata yaxın borcu yaranıb.
Demokrat.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, hazırda "FINCA Azerbaijan" BOKT-un borcu 49 669 manat təşkil edir.
"Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatının 3,8 milyon manat nizamnamə kapitalı var və 100%-i Niderlandda qeydiyyatdan keçmiş "Finca Microfinance Cooperatief U.A" şirkətinə məxsusdur.
2026-cı ilin I yarısının yekunlarına görə, kredit təşkilatı 1 milyon manat xalis mənfəət əldə edib. Bu il iyulun əvvəlinə "FINCA Azerbaijan"ın aktivləri ilin əvvəlinə nisbətən 0,5% çox – 75,4 milyon manat, o cümlədən kredit portfeli 3,3% az – 60,9 milyon manat təşkil edib.



