YapiKredi Müraciət Forması
Mazda CX-5
İnfrastruktur

Bakıda ilk dəfə avtobuslar üçün xüsusi svetofor quraşdırılacaq

Bakıda ilk dəfə avtobuslar üçün xüsusi svetofor quraşdırılacaq

Bakıda ictimai nəqliyyatın hərəkətinin daha səmərəli təşkili məqsədilə yeni layihə həyata keçiriləcək. Paytaxtda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılması nəzərdə tutulub.

Demokrat.az xəbər verir ki, layihə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən icra olunacaq.

İlkin mərhələdə xüsusi svetoforun Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində quraşdırılması planlaşdırılır.

Layihəyə əsasən, mövcud "L" tipli dirəkdə "T" formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor yerləşdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında reallaşdırılacaq layihənin əsas məqsədi avtobusların xüsusi hərəkət zolaqları ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

İlkin tətbiqin nəticələri qiymətləndirildikdən sonra xüsusi avtobus svetoforlarının paytaxtın digər ərazilərində də quraşdırılması imkanları nəzərdən keçiriləcək.

Bəxtiyar Umarlı
Managing Editor