YapiKredi Müraciət Forması
Mədəniyyət

Gənc ifaçımız Nyu-Yorkda səhnəyə çıxdı - FOTOLAR

Gənc ifaçımız Nyu-Yorkda səhnəyə çıxdı - FOTOLAR

Gənc violin ifaçısı Əsma Məmmədli Carnegie Hall səhnəsində Azərbaycanı təmsil edib.

Demokrat.az xəbər verir ki, 8 noyabr tarixində ABŞ-nin Nyu-York şəhərində yerləşən dünyaca məşhur Carnegie Hall konsert zalında Azərbaycanın Zəfər Gününə həsr olunmuş X "Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin yubiley qala-konserti keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə dünyanın müxtəlif ölkələrindən 50-dən çox gənc istedad iştirak edib.

Qala-konsertdə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının IX sinif şagirdi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti və "Simurq" layihəsinin üzvü Əsma Məmmədli də uğurla çıxış edib.

Gənc violin ifaçısı görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərini səsləndirərək ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil edib.

Əsma Məmmədli uzun illərdir Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının violin ixtisası üzrə müəllimi, "Simurq" Uşaq Simfonik Orkestrinin rəhbəri Ruxsarə Allahverdiyevanın sinfində təhsil alır.

Azərbaycanın Zəfər Günündə dünya şöhrətli Carnegie Hall səhnəsində Azərbaycan bəstəkarının əsərinin səsləndirilməsi və gənc musiqiçimizin qazandığı uğur xüsusi qürur hissi doğurub.

1 / 4