YapiKredi Müraciət Forması
Sosial

Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı - VİDEO

Gəncə şəhər sakini Elman Cabbarov dələduzluğun qurbanı olub. Vətəndaşın xəbəri olmadan adına şirkət açılıb, nəticədə 634 min manat vergi borcu yaranıb.

24 yaşlı gənc iddia edir ki, tanışları onu işə düzəltmək adı ilə bir neçə sənədə imza atdırıblar. Sonradan isə aldadıldığını öyrənib.

Bundan bir müddət sonra vergi orqanlarının dəvəti ilə Bakıya gedən Elman Cabbarov əsl həqiqəti orada öyrənib. Ona sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə külli miqdarda vergi borcu olduğu bildirilib.

Dövlət Vergi Xidməti isə vətəndaşları elektron imza və etibarnamələrdən istifadə zamanı diqqətli olmağa çağırıb. Bildirilib ki, bəzi şəxslər vətəndaşların etibarından sui-istifadə edərək onların adına hüquqi şəxslər yaradır, qanunsuz əməliyyatlar aparır və nəticədə böyük vergi borcları formalaşdırırlar. Vətəndaşlar isə bundan xəbərsiz olsalar belə, həmin borclara görə məsuliyyət daşıya bilərlər. Qurum xəbərdarlıq edir ki, elektron imzanı başqalarına vermək, məzmunu bilinməyən sənədlərə imza atmaq ciddi hüquqi və maliyyə problemlərinə səbəb ola bilər.//Xəzər TV