YapiKredi Müraciət Forması
Sosial

Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub - FOTOLAR

Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub - FOTOLAR

Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin (TDTD) Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub. Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin (MESOT) Azərbaycanda əlaqə bürosunun yaradılması da Rəşad Şolana həvalə edilib.

Demokrat.az Aztibb.az-a istinadən xəbər verir ki, TDTD İdarə Heyəti 2026-cı ilin avqustunda yekdil qərarla Rəşad Şolanın sədrlik etdiyi Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyasını tərəfdaş təşkilat kimi qəbul edib. Hər iki cəmiyyətin qurucusu Prof. Dr. Mehmet Haberal 19 avqust 2026-cı il tarixli məktubunda Assosiasiya üzvlərinin TDTD və MESOT-a üzv qəbul ediləcəyini bildirib.

Qeyd edək ki, prof. Mehmet Haberal dünyada tanınan transplantoloqdur. Türkiyədə ilk böyrək köçürməsi 1975-ci ildə, ölmüş donordan ilk qaraciyər köçürməsi 1988-ci ildə, canlı donordan ilk qaraciyər köçürməsi 1990-cı ildə onun adı ilə bağlıdır. Başkənd Universitetinin (1993) qurucusu olan alim Beynəlxalq Transplantasiya Cəmiyyətinin (The Transplantation Society) prezidenti seçilib, Amerika Cərrahiyyə Assosiasiyasının fəxri xarici üzvüdür.

1987-ci ildə yaradılan MESOT Orta Şərq, Şimali Afrika və Orta Asiya ölkələrinin, eləcə də keçmiş sovet respublikalarının orqan transplantasiyası mütəxəssislərini bir araya gətirən beynəlxalq elmi cəmiyyətdir. Cəmiyyət təhsil, elmi tədqiqat və orqan donorluğunun inkişafına xidmət edir.

Rəşad Şolan Azərbaycanda və regionda tanınmış alim və cərrahdır, ölkəmizin urologiya və böyrək transplantasiyası sahəsində beynəlxalq səviyyəli aparıcı mütəxəssisidir. Elmin sərhədi yoxdur və bu addım Azərbaycan təbabətinin dünya elmi ilə inteqrasiyasına böyük töhfədir.