YapiKredi Müraciət Forması
Sosial

DSMF-nin gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub

DSMF-nin gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub

Dövlət sosial müdafiə fondunun 2027-ci il üzrə xərcləri 9 272 540 000,0 manat məbləğində olacaq.

Bu, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsinin gəlirləri 9 220 500 000,0 manat;

- Dövlət sosial müdafiə fondunun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 52 040 000,0 manat.

Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

- Əhaliyə ödənişlər üzrə xərclər - 8 950 060 000,0 manat

- əmək pensiyalarının ödənilməsi xərcləri - 8 669 430 000.0 manat

- məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri - 280 630 000,0 manat.

Məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinə aşağıdakılar daxildir:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə - 47 380 000.0 manat

- hamiləliyə və doğuma görə - 77 340 000.0 manat

- uşağın anadan olmasına görə - 84 010 000.0 manat

- 3 yaşınadək uşağa qulluğa görə - 21 390 000.0 manat

- dəfn üçün - 50 510 000,0 manat.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər 25 000 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 94 750 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 189 660 000 manat olacaq.

Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 70 000 manat nəzərdə tutulub. Bura Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri üçün 40 00 manat, Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri üçün 30 000 manat daxildir. Sair xərclər isə 13 000 000 manat proqnozlaşdırılır. (apa)