YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb.

Yumurta səhər yeməyinin ən sadə və tez hazırlanan yeməklərindən biridir. Əksər insanlar onu kərə yağı və ya zeytun yağında bişirsə də, kulinariya mütəxəssisləri fərqli dad əldə etmək üçün küncüt yağından istifadə etməyi məsləhət görürlər.

Bu yağ qovrulmuş küncüt toxumlarını xatırladan özünəməxsus qoxu və dada malikdir. Yumurtaya əlavə edildikdə yeməyin dadını daha dolğun edir. Düzgün temperaturda bişirildikdə isə yumurtanın kənarlarının xırtıldamasına, sarısının yumşaq qalmasına şərait yaradır.

Küncüt yağının bir neçə növü var. Açıq rəngli, qovrulmamış toxumlardan hazırlanan yağ daha yüngül dada malikdir və birbaşa qızartma zamanı istifadə oluna bilər. Tünd rəngli, qovrulmuş küncüt yağının isə daha güclü, qozu xatırladan aroması var. Bu növü yeməyə əlavə dad vermək üçün az miqdarda istifadə etmək kifayətdir.

Mütəxəssislər küncüt yağını həddindən artıq qızdırmamağı tövsiyə edirlər. Xüsusilə qovrulmuş yağ yüksək temperaturda öz ətrini itirə və acı dad ala bilər. Buna görə yumurtanı orta odda bişirmək, yaxud adi yağda qızardıb süfrəyə verməzdən əvvəl üzərinə bir neçə damcı küncüt yağı əlavə etmək məsləhətdir.

Yeməyin dadını yaşıl soğan, çili bibəri, qara istiot və az miqdarda soya sousu ilə də zənginləşdirmək olar. Üzərinə qovrulmuş küncüt səpmək də mümkündür. Lakin soya sousu duzlu olduğundan əlavə duzun miqdarına diqqət yetirmək lazımdır.

Jalə