YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

"Sahibkarlar iqtisadiyyatlar və mədəniyyətlər arasında körpü rolunu oynayır"

Sahibkarlar iqtisadiyyatlar və mədəniyyətlər arasında körpü rolunu oynayır

"Mədəniyyətlərarası dialoq sərhədlər arasında körpülərin qurulmasında, dialoqun təşviqində və qarşılıqlı anlaşmanın gücləndirilməsində mühüm rol oynayır".

Demokrat.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoqu sessiyasında iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov deyib.

Hüseyn Hüseynov əlavə edib ki, hər bir transsərhəd biznes tərəfdaşlığı, istər təchizatçılar, istər müştərilər, istərsə də investorlarla əlaqələr olsun səmərəli ünsiyyət, müxtəlif mədəniyyətlərə və biznes təcrübələrinə hörmət, ən əsası isə qarşılıqlı etimad tələb edir:

"Zaman keçdikcə bu münasibətlər biznes icmaları arasında daha sıx əlaqələrin qurulmasına, ortaq maraqlara və qarşılıqlı uğura sadiqliyə əsaslanan iqtisadi tərəfdaşlığın inkişafına töhfə verir. Artan geosiyasi gərginlik və iqtisadi parçalanma fonunda əlaqələrin gücləndirilməsinin əhəmiyyəti daha aydın görünür. Ticarət maneələri və təchizat zəncirində yaranan fasilələr biznes ictimaiyyəti üçün əlavə xərclər və qeyri-müəyyənlik yaradır. Bununla belə, mövcud kommersiya əlaqələri, birgə investisiyalar və ortaq iqtisadi maraqlar dialoqun davam etdirilməsinə, əməkdaşlıq kanallarının qorunmasına və qarşılıqlı faydalı həllərin təşviqinə kömək edə bilər".

Müşavir bildirib ki, bu baxımdan, sahibkarlar iqtisadiyyatlar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır, praktiki əməkdaşlıq və davamlı tərəfdaşlıq vasitəsilə ənənəvi diplomatiyanı tamamlayırlar:

"Regionumuz biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə hərtərəfli iqtisadi islahatlar həyata keçirib".

Müəllif: Fidan Hacızadə

Editor
Redaktor