Türkiyənin məşhur "Aşk-ı Memnu" serialında Ziyagil ailəsinin evində çalışan Nesrin obrazını canlandıran aktrisa Evren Duyal illər sonra görünüşündəki dəyişikliklə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, aktrisa serialdan sonra müxtəlif televiziya və rəqəmsal layihələrdə fərqli obrazlarla tamaşaçı qarşısına çıxıb. O, "Aşk Laftan Anlamaz" serialında Fadik, "Koca Koca Yalanlar"da Nagihan, "Ömer"də Ayşə, "Gülcemal"da Fatoş və "Bir Derdim Var"da Emine obrazlarını canlandırıb.
Evren Duyal "İnci Taneleri" serialında Güngör Seyhan, "Esas Oğlan"da isə Hatice obrazı ilə də ekranlarda yer alıb. Aktrisanın filmqrafiyasında "Yeşilçam", "Alef", "Mezarlık" və "Sıcak Kafa" kimi rəqəmsal layihələr də var.
Hazırda Duyal "Sevdan Bir Ateş" serialında Mukaddes obrazını canlandırır. Murat Ünalmış və Özge Özacarın baş rollarında olduğu serialda onunla yanaşı Gökçe Eyüboğlu, Sitare Akbaş, Taner Rumeli, Sezin Bozacı və Beyti Engin də rol alır.
Aktrisanın yeni layihədəki görünüşü isə xüsusilə "Aşk-ı Memnu" tamaşaçılarının diqqətini çəkib. Belə ki, Duyalın illər ərzində xeyli çəki itirdiyi və görünüşünün nəzərəçarpacaq dərəcədə dəyişdiyi bildirilib.

Jalə


