Sosial

Salyanda rəqəmsallaşma üzrə Yol Xəritəsi müzakirə edildi - FOTOLAR

Salyanda "Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi"nin müvafiq müddəalarının icrası, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərin əlaqələndirilməsi ilə bağlı iclas keçirilib.

Demokrat.az xəbər verir ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rəhbərliyi ilə keçirilən iclasda başçının müavinləri, sektor müdirləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.

Başçı qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsinin, Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinin və bu istiqamətdə görülən işlərin mütəmadi olaraq təhlil edilməsinin vacibliyini vurğulayıb. İlk olaraq "Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi"ndə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.

Həmçinin aidiyyəti şəxslərə vətəndaşların mygov tətbiqini yükləmələrinə və platformada qeydiyyatdan keçmələrinə zəruri köməklik göstərilməsi, onların mygov üzərindən təqdim olunan elektron xidmətlərdən istifadəyə təşviq edilməsi, elektron xidmətlərdən yararlanmaq üçün vətəndaşlara praktiki dəstək göstərilməsi, habelə bu istiqamətdə maarifləndirmə və təbliğat tədbirlərinin gücləndirilməsi barədə müvafiq tapşırıqlar verilib.

İclasın sonunda "Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi"ndən irəli gələn tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi, müəyyən olunmuş hədəflərə nail olunması və rəqəmsal idarəetmə imkanlarının daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.

1 / 10