Avropa İttifaqı Ermənistan məhsulları üçün müvəqqəti ticarət güzəştlərinə dair sənəd imzalayıb
Demokrat.az xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola və İrlandiyanın Avropa məsələləri və müdafiə naziri Tomas Birn Ermənistan mənşəli məhsullara müvəqqəti ticarət güzəştlərinin verilməsini nəzərdə tutan qanunvericilik aktını imzalayıblar.
Mərasimdə Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Boqdan Zdroyevski də iştirak edib.
Qaydanamə iki il müddətində Ermənistan mənşəli geniş çeşidli mallar üzrə gömrük rüsumlarının ləğv edilməsini nəzərdə tutur. Güzəştli rejim emal olunmuş kənd təsərrüfatı məhsulları, tekstil və ayaqqabı daxil olmaqla, 300-dən çox məhsul kateqoriyasını əhatə edir. Sənəd həmçinin Aİ istehsalçıları üçün qoruyucu mexanizmləri də özündə ehtiva edir.
Qaydanamə Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və dərc edildiyi tarixdən sonrakı gün qüvvəyə minəcək.
Məlumata görə, qanunvericilik prosesi sürətləndirilmiş qaydada həyata keçirilib və 2 iyul – 7 oktyabr tarixləri aralığını əhatə edib.

Alparslan


