Mədəniyyət

Kamançımızdan Qırğızıstanda böyük uğur — VİDEO/FOTOLAR

Kamançımızdan Qırğızıstanda böyük uğur — VİDEO/FOTOLAR

Qırğızıstanda təşkil olunan "Nomad Games" ("Köçəri Oyunları") festivalında ölkəmiz növbəti beynəlxalq uğura imza atıb.

Möhtəşəm mədəniyyət tədbirində Azərbaycanı tanınmış kamança ifaçısı, Azərbaycan Milli Konservatoriyasının dosenti Mehri Əsədullayeva təmsil edib. İstedadlı sənətçi festival çərçivəsində keçirilən müsabiqədə böyük ustadlıq nümayiş etdirib. Onun təqdimatı münsiflər heyətinin və tamaşaçıların xüsusi rəğbətini qazanıb.

Beynəlxalq səhnədəki növbəti sınaqda da bütün rəqiblərini geridə qoyan həmyerlimiz birinci yerə layiq görülüb.

Beləliklə, musiqiçimizin bu parlaq qələbəsi milli kamança sənətimizin zəngin ənənələrini dünya miqyasında növbəti dəfə ucaldıb.

Qeyd edək ki, sənətçi cari ilin mart ayında Bakıda, Beynəlxalq Muğam Mərkəzində solo konsertlə də çıxış etmişdi.

1 / 4

R
Redaktor