Minimum maaşla Bakıda mənzil sahibi olmaq sadə riyazi hesablamalara görə illər çəkir.
Demokrat.az bildirir ki, hazırda ölkədə minimum əməkhaqqı 400 manat təşkil edir. Paytaxtın daşınmaz əmlak bazarında sahəsi 65 kvadratmetr olan orta mənzilin qiyməti təxminən 178 min manatdır.
Vətəndaş bu məbləği heç nə xərcləmədən yığsa, hədəfə 37 ilə çata bilər. Əgər aylıq gəlirdən cəmi 100 manat kənara qoyularsa, bu müddət 148 ilə qədər uzanır.
Sözügedən hesablama inflyasiya və faiz dərəcələri nəzərə alınmadan aparılıb.
Ekspertlər hesab edirlər ki, belə şərtlərlə nəğd şəkildə mənzil almaq çətindir. Paytaxt bazarında ev sahibi olmaq üçün güzəştli ipoteka kreditləri və sosial mənzil layihələri əsas çıxış yolu sayılır.
Beləliklə, minimum gəlirlə Bakıda mənzil almaq yalnız dövlət dəstəyi və uzunmüddətli kredit mexanizmləri hesabına real görünür.



