"Qala Həyat" Sığorta Şirkəti sentyabr ayı ərzində həyata keçirdiyi ən böyük sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin məlumatına görə, ən böyük ödəniş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi sığortası" məhsulu üzrə həyata keçirilib.
Ödənişin məbləği 36 638,11 manat təşkil edib.
"Qala Həyat"la əlaqə saxlamaq üçün 1540 nömrəsinə və ya (012) 404 77 74 telefonuna zəng etmək mümkündür.
Şirkətin ünvanı: Bakı şəhəri, İzmir küçəsi 5A.


