Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Bakının bir neçə rayonunda su təchizatında müvəqqəti fasilə yaranacaq.
Demokrat.az xəbər verir ki, suyun verilişi Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının bəzi ərazilərində dayandırılacaq.
Məlumata görə, içməli suyun verilişinin 7 oktyabr 2026-cı il səhər saatlarınadək bərpa olunması nəzərdə tutulur.
Qurum yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.


