Sosial

Kənd yumurtasının qiyməti bahalaşdı - VİDEO

Kənd yumurtasının qiyməti bahalaşdı - VİDEO

Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.

Demokrat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, satıcılar bahalaşmanın son bir ayda müşahidə olunduğunu və əsas səbəblərdən birinin kənd toyuqlarının yumurta istehsalının azalması olduğunu bildiriblər.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin sözlərinə görə, payız və qış aylarında yumurta istehsalının azalması, tələbatın isə yüksək qalması qiymətlərin artmasına səbəb olur. O, soyuq aylarda qiymətlərin daha da yüksələ biləcəyini istisna etməyib.