Sosial

Leyla Seyidova departament müdiri təyin edildi - FOTO

Leyla Seyidova departament müdiri təyin edildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Leyla Seyidova Agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri təyin edilib.

L.Seyidova bundan əvvəl Tibbi-sosial ekspertiza xidmətinin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Xatırladaq ki, bundan əvvəl həmin departamentin müdiri Yalçın Niftiyev olub. Y.Niftiyev bir neçə ay əvvəl SOCAR vitse-prezidentinin müavini təyin olunub.

Leyla Seyidova departament müdiri təyin edildi - FOTO