YapiKredi Müraciət Forması
Dünya Region

Ermənistan parlamentindəki mübahisə əlbəyaxa davaya çevrildi - VİDEO

Ermənistan parlamentindəki mübahisə əlbəyaxa davaya çevrildi - VİDEO

Ermənistan parlamentində keçirilən iclas zamanı deputatlar arasında qarşıdurma yaşanıb.

Demokrat.az Ermənistan mediasına istinadla xəbər verir ki, hadisə müxalifətdəki "Güclü Ermənistan" fraksiyasının deputatı Edqar Qazaryanın çıxışının parlamentin spikeri Ruben Rubinyan tərəfindən dayandırılmasından sonra baş verib.

Qazaryanla Rubinyan arasında yaranan qısa mübahisədən sonra deputat tribunadan enərək yerinə qayıdıb. Ardınca hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Vahe Qalumyan Qazaryanın yanına gələrək onunla mübahisə etməyə başlayıb.

Bu zaman Qazaryanın fraksiya yoldaşı Vazinak Vartanov Qalumyanın qarşısını almağa çalışıb. Tərəflər arasında yaranan gərginlik qısa müddətdə əlbəyaxa qarşıdurmaya çevrilib və digər deputatlar da hadisəyə müdaxilə edib.

İnsidentin ardından parlamentin spikeri Ruben Rubinyan iclasa fasilə verib.

Jalə