Qara dənizin Rumıniya sahilləri yaxınlığında taxıl daşıyan Türkiyəyə məxsus "Royad Mammadov" gəmisi dron hücumuna məruz qalıb.
Hücum nəticəsində gəmidə yanğınla müşaiyət olunan partlayış baş verib.
İlkin məlumatlara görə, Sent-Kits və Nevis bayrağı altında üzən 140 metr uzunluğundakı gəminin kapitanı yaralanıb, 13 ekipaj üzvündən isə xəbər yoxdur.
Bildirilir ki, gəmi Ukraynanın cənubundakı İzmail limanından yenicə çıxıbmış və istiqaməti İtaliyanın Ravenna şəhəri olub. (yeniavaz.com)


