"Star TV" ekranlarında ötən mövsüm böyük maraqla izlənilən "Çirkin" serialından tamaşaçıları məyus edən xəbər gəlib. Təsirli süjeti və güclü aktyor heyəti ilə diqqət çəkən serialın final edəcəyi açıqlanıb. Yeni mövsümə bir neçə həftə əvvəl başlayan serialın 11-ci bölümdə ekranlarla vidalaşacağı məlum olub.
Demokrat.az xəbər verir ki, təsirli süjeti və güclü aktyor heyəti ilə ötən mövsüm böyük əks-səda doğuran "Çirkin" serialının final edəcəyi qərara alınıb. "Star TV" ekranlarında ötən mövsümə damğasını vuran serialla bağlı tamaşaçıları məyus edən xəbər yayılıb.
Yeni mövsüm üçün böyük maraq doğuran "Çirkin" gözlənilən reytinq göstəricilərinə çata bilməyib. Baş rollarda Dərya Pınar Ak və Çağlar Ərtuğrulun yer aldığı layihənin 11-ci bölümdə ekranlarla vidalaşacağı məlum olub.
Ötən mövsüm reytinqlərdəki uğuruna görə yeni mövsüm üçün təsdiq alan layihə ikinci mövsümdə tamaşaçıdan gözlənilən marağı görə bilməyib. Bazar axşamları yayımlanan "Çirkin" serialının final bölümü üçün geri sayım başlayıb.
Yeni mövsümə bir sıra uğurlu layihələrin daxil olması ilə "Çirkin" reytinq cədvəlində gözlənilən nəticəni göstərə bilməyib. Serialın final etdirilməsi barədə qərar qəbul olunub.
"Çirkin" serialı üçün final qərarı alındı
"Star TV" ekranlarında böyük maraqla izlənilən layihələrdən biri olan "Çirkin" serialından tamaşaçıları məyus edən xəbər gəlib. Yeni yayım mövsümünün başlaması ilə serialların final xəbərləri də ard-arda yayılmağa başlayıb. Ötən mövsümün iddialı layihələri ilə yeni mövsümün uğurlu ekran işlərinin rəqabəti reytinq mübarizəsini də gücləndirib.
Ötən mövsüm reytinqlərdə yüksək nəticələr göstərərək yeni mövsüm üçün təsdiq alan layihənin final edəcəyi məlum olub. Yayımlandığı gündən tamaşaçıları ekran qarşısına cəlb edən "Çirkin"in yeni mövsümdə də böyük maraqla izləniləcəyi gözlənilirdi. Lakin həm təsirli süjeti, həm də güclü aktyor heyəti ilə diqqət çəkən serial ikinci mövsümdə gözləntiləri doğrultmayıb. Bir neçə həftə əvvəl yeni mövsümünə başlayan layihənin gözlənilən reytinq göstəricilərinə çata bilmədiyi məlum olub.
Jurnalist Birsen Altuntaşın məlumatına görə, artan xərclərlə yanaşı, tamaşaçı vərdişlərinin dəyişməsi də reytinqlərə mənfi təsir göstərib. Əvvəlcə "A.B.İ", daha sonra "Aşk ve Taht" seriallarının final edəcəyi açıqlanıb. İndi isə "Çirkin"lə bağlı eyni qərar qəbul olunub.
"Çirkin" serialının istehsalını "25 Film", prodüserliyini isə Fırat Parlak və Koray Şahin həyata keçirib.
Ötən mövsüm ekran macərasına başlayan və qısa müddətdə reytinqlərdə yüksək nəticələr əldə edən "Çirkin" 8-ci bölümlə mövsüm finalı edərək yayımına fasilə vermişdi. Burcu Alptekin və Mərvə Çolağın rejissorluq etdiyi serialın yaxın zamanda final edəcəyi açıqlanıb. Sevgi, ehtiras və hesablaşma mövzularının geniş şəkildə işlənildiyi "Çirkin"in yeni mövsüm macərası qısa sürüb.
11-ci bölümlə ekranlarla vidalaşır
Baş rollarda Dərya Pınar Ak və Çağlar Ərtuğrulun yer aldığı "Çirkin" yeni mövsümə uğursuz başlayıb. Artan xərclər və dəyişən tamaşaçı vərdişlərinin reytinqlərə mənfi təsir göstərməsi serialın final etdirilməsi barədə qərarın qəbul olunmasına səbəb olub.
Özlem İnci Həkimoğlu və Nil Güləç Ünsalın ssenarisini yazdığı "Çirkin" 17 may 2026-cı il, bazar günü, 8-ci bölümlə ilk mövsümünü başa vurmuşdu.
Yeni mövsümdə yenilənmiş aktyor heyəti və süjeti ilə tamaşaçıları ekran qarşısına cəlb etməsi gözlənilən serial "Teşkilat", "Daha 17" və "Ömür Usta" layihələri ilə reytinq uğrunda mübarizə aparıb. Xüsusilə "Daha 17" və "Teşkilat" seriallarından geri qalan "Çirkin"in 11-ci bölümlə ekranlarla vidalaşacağı məlum olub.
"Çirkin"in final qərarı tamaşaçıların da ciddi reaksiyasına səbəb olub. İzləyicilər ötən mövsüm yüksək reytinqlər əldə edən serialın 8-ci bölümdə mövsüm finalı etməsinin böyük səhv olduğunu bildiriblər. Mövsümü erkən başa vurub yeni mövsümə gec başlayan serialın strateji səhvlər səbəbindən final etmək məcburiyyətində qaldığı iddia olunub.
Tamaşaçılar serialın erkən mövsüm finalı etməsinə və ikinci mövsümə gec başlamasına da etiraz ediblər. Bir çox izləyici yaxşı süjetə malik "Çirkin" serialının yarımçıq qalmasına təəssüfləndiyini bildirib.
11-ci bölümdə final edəcək serialın hansı sonluqla başa çatacağı isə tamaşaçıların maraqlandığı məsələlərdən biri olaraq qalır.
Jalə


