Gənc nəslin ulduzları arasında yer alan Hazal Akkın "Halef: Köklerin Çağrısı" serialının aktyor heyətinə daxil olub.
Demokrat.az xəbər verir ki, Hazal Akkının təsirli hekayəsi və güclü aktyor heyəti ilə diqqət çəkən iddialı layihəyə "Dilşat" obrazı ilə qatılacağı məlum olub. Layihənin 2-ci mövsüm həyəcanı davam edərkən, gənc aktrisanın performansı və canlandıracağı obrazla bağlı təfərrüatlar maraq doğurub.
"Halef: Köklerin Çağrısı" serialının 2-ci mövsümü böyük maraqla başlayarkən, gənc ulduz Hazal Akkının aktyor heyətinə qatıldığı məlum olub. Yeni mövsümü böyük maraqla qarşılanan "NOW TV"nin serialına yeni transfer həyata keçirilib.
Baş rollarını İlhan Şen və Biran Damla Yılmazın paylaşdığı serialın 2-ci mövsüm aktyor heyətinə gənc nəslin tanınmış simalarından Hazal Akkın da qoşulub. Yayım olunduğu gündən etibarən tamaşaçıların böyük marağına səbəb olan "Halef: Köklerin Çağrısı"nda Hazal Akkının "Dilşat" obrazı ilə ekran qarşısına çıxacağı açıqlanıb.
24 sentyabr, cümə axşamı günü yeni mövsümünə başlayan "Halef: Köklerin Çağrısı" serialına yeni aktyorların daxil olacağı daha əvvəl açıqlanmışdı. Mövsüm finalı ilə böyük maraq doğuran və yeni mövsümdə aktyor heyətini genişləndirən layihəyə qoşulan növbəti ad Hazal Akkın olub.
"Most Production" imzası daşıyan və ötən mövsümə damğasını vuran serialın yeni mövsümü böyük maraqla başlayıb. Rejissor kürsüsündə Deniz Çələbi Dikilitaşın əyləşdiyi layihəyə 2-ci mövsümdə yeni aktyorlar tədricən daxil olur.
Gül Oğuzun prodüserliyini, "Most Production"un isə istehsalını həyata keçirdiyi "Halef: Köklerin Çağrısı" serialının aktyor heyətinə gənc nəslin tanınmış simalarından biri də qoşulub. Ercan Uğurun ssenarisini yazdığı layihəyə yeni transferin baş tutduğu bildirilib.
Jurnalist Birsen Altuntaşın məlumatına görə, Hazal Akkın "Halef: Köklerin Çağrısı" serialının aktyor heyətinə daxil olub.
Urfa şəhərində çəkilən serialın hekayəsinə Yurdaer Okurun canlandırdığı Sadullah Ağanı (Sado) qızı Dilşat da daxil olacaq. Dilşat obrazını gənc aktrisa Hazal Akkın canlandıracaq. Dilşatın Mert Doğanın canlandırdığı Aşır Kordağlı ilə tərəf müqabili olacağı bildirilir.
Gənc aktrisanın serialdakı performansı isə artıq tamaşaçıların maraq dairəsindədir.
Jalə


