Şou-biznes

Mustafa Sandalın həyat yoldaşı 11 milyard lirə götürərək Dubaya gedib

Mustafa Sandalın həyat yoldaşı 11 milyard lirə götürərək Dubaya gedib

Müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın fond araşdırması başlamazdan əvvəl 11 milyard 126 milyon 528 min 163 lirə çəkərək Dubaya getdiyi öyrənilib.

Demokrat.az xəbər verir ki, Mustafa Sandalın da eyni dövrdə Dubaydan yaşayış icazəsi almaq üçün müraciət etdiyi ortaya çıxıb. Araşdırma ilə bağlı yeni və diqqətçəkən detallar məlum olub.

Mustafa Sandal həyat yoldaşı Melis Sütşurup Sandalın adının fond araşdırmasında hallanmasından sonra açıqlama verərək "Mənim alnım açıqdır!" demiş və həyat yoldaşı ilə birlikdə zərərçəkənlərdən biri olduqlarını bildirmişdi. Lakin Sandalın sözügedən fond araşdırmalarından əvvəl Dubaydan yaşayış icazəsi almaq üçün müraciət etdiyi üzə çıxıb.

"Sabah" qəzetindən Ömər Karahanın xəbərinə görə, ötən günlərdə konsertə getmək üçün xaricə çıxmaq istəyən zaman Dubay polisi Sandalı hava limanında saxlayaraq ölkədən çıxmasına icazə verməyib. Prosedurların tamamlanması üçün iki gün Dubayda qalmalı olan Mustafa Sandal xüsusi təyyarə kirayələyərək xaricdəki konsertinə çatıb.

Digər tərəfdən, Melis Sütşurup Sandalın ölkədən çıxışına qadağa qoyulduğu iddia edilib. Melis Sütşurupun fondakı pulunu çəkdikdən sonra Dubaya getdiyi və hələ də Türkiyəyə qayıtmadığı irəli sürülüb.

Həyat yoldaşının əmlakına tədbir qoyuldu

İstanbul Respublika Baş Prokurorluğunun Terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması cinayətləri üzrə istintaq bürosu tərəfindən kapital bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı aparılan araşdırma davam edir.

Araşdırma çərçivəsində 42 şəxsin əmlakına tədbir qoyulub. Bu şəxslər arasında yer alan və eyni zamanda birjaçı Cihan Sütşurupun qızı olan Melis Sütşurup Sandalın ləğv edilən fondlardan 11 milyard 126 milyon 528 min 163 türk lirəsi pul çəkdiyi iddia edilib.

Jalə