Müğənni Qumralın həyat yoldaşı Natiq musiqi sahəsində ilk addımını atmağa hazırlaşır.
Natiq həyat yoldaşı ilə birlikdə "Yalan dedin" adlı duet təqdim edəcək. Cütlüyün yeni ifasının yaxın günlərdə dinləyicilərə təqdim olunacağı bildirilib.
Duetin klipindən bəzi görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həm klipdən yayılan kadrlar, həm də cütlüyün ifası izləyicilərin diqqətini çəkərək sosial mediada geniş müzakirələrə səbəb olub. (milli.az)


