Dünya

Amsterdamda ermənilərin keçirdiyi anım mərasiminə etiraz edildi — FOTO

Amsterdamda ermənilərin keçirdiyi anım mərasiminə etiraz edildi — FOTO

Niderlandın Amsterdam şəhərində sentyabrın 27-də Surp Hoki Erməni Apostol Kilsəsində anım mərasimi keçirilib. Tədbirin keçirildiyi kilsə Amsterdamda fəaliyyət göstərən Erməni Apostol Kilsəsidir.

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) mərasimə etiraz edib.

EAPCA-nın baş katibi Sahil Qasımovun imzaladığı və sentyabrın 25-də göndərildiyi bildirilən etiraz məktubunda tədbirdə "Artsax" adından və həmin quruma aid simvollardan istifadə olunmasına etiraz ifadə edilib.

Məktubda bunun Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə zərbə olduğu qeyd edilib. EAPCA, həmçinin belə tədbirlərin keçirilməsinin dayandırılmasına çağırıb.

Bildirilib ki, etiraz məktubu Amsterdamın meri Femke Halsema, şəhərin Təhlükəsizlik Komissiyası və digər aidiyyəti qurumlara göndərilib.

Amsterdamda ermənilərin keçirdiyi anım mərasiminə etiraz edildi — FOTO