Dünya

Rus ordusunun şəxsi heyətinin sayı bu qədər olacaq - Putin fərman imzaladı

Rus ordusunun şəxsi heyətinin sayı bu qədər olacaq - Putin fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin müəyyən edilmiş şəxsi heyət sayını təsdiqləyən fərman imzalayıb.

Demokrat.az-ın məlumatına görə, fərmanın mətni rəsmi hüquqi informasiya portalında dərc edilib.

Fərmanda deyilir: "Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 2 441 630 nəfər, o cümlədən 1 550 500 hərbi qulluqçu səviyyəsində müəyyən edilsin".

Rusiya hökumətinə Silahlı Qüvvələrin müəyyən edilmiş say tərkibinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyi üçün federal büdcədən vəsait ayırmaq tapşırılıb.

Fərman sentyabrın 28-də imzalanıb və imzalandığı andan qüvvəyə minib.

Alparslan