Məşhur aktrisa, "Yalan Dünya" serialında canlandırdığı Vasfiye Teyze obrazı ilə tanınan Qonca Vuslateri gözlənilməz addım atıb.
Demokrat.az xəbər verir ki, aktrisa "Instagram" hesabını bağladığını açıqlayıb və bu qərarını özünəməxsus yumorla izah edib. İzləyicilərinin "Nə olub, kefin yoxdur?" sualını verməsi isə onun diqqətini çəkib. Vuslaterinin bu suala verdiyi cavab üzlərdə təbəssüm yaradıb.
Qonca Vuslateri "Instagram" hesabını bağlamaq qərarını "X" hesabında paylaşdığı yazı ilə açıqlayıb. Aktrisa paylaşımına "Bir müddətlik "Instagram"ı bağlayanda insan necə də xoşbəxt olur" sözləri ilə başlayıb.
Daha sonra ətrafındakı insanların reaksiyasını belə ifadə edib: "İnsanların "Nə olub, kefin yoxdur?" deməsi möhtəşəmdir. Instagram bizim xarakterimizdir, yəni. Qavrayış da odur, özü də".
Bu sözləri ilə Vuslateri həm sosial medianın insanlar üzərində yaratdığı qavrayış təzyiqinə, həm də məsələyə özünəməxsus yumorla yanaşmasına diqqət çəkib. Aktrisa hesabını tam olaraq nə vaxt yenidən aktivləşdirəcəyinə dair tarix açıqlamayıb.
Ekranlarda ilk dəfə "Ruhsar" serialı ilə görünən aktrisa əsas böyük uğurunu Gülse Birselin imzasını daşıyan və 2012–2014-cü illərdə "Kanal D"də yayımlanan "Yalan Dünya" serialında canlandırdığı Vasfiye Teyze obrazı ilə əldə edib.
Dörd mövsüm ekranlarda qalan bu obrazla "Altın Kelebek" mükafatlarında "Ən yaxşı qadın komediya aktyoru" mükafatını qazanan Vuslateri qısa müddətdə ekranların sevilən fenomen obrazlarından birinə çevrilib.
Sonrakı illərdə "Anne", "Küçük Sırlar" və 2022-ci ildə ekranlaşdırılan "Sıcak Kafa"da Yasemin obrazını canlandıran aktrisa müxtəlif layihələrdə rol alıb. Vuslateri "NOW" telekanalında yayımlanan "Leyla: Hayat... Aşk... Adalet..." serialında Nur obrazı ilə tamaşaçı qarşısına çıxdıqdan sonra yeni mövsümdə "Ömür Usta" serialında yer alıb.
Jalə


