Maraqlı

Ən səbirsiz 5 bürc: Hər şeyin dərhal olmasını istəyirlər

Ən səbirsiz 5 bürc: Hər şeyin dərhal olmasını istəyirlər

İşə gedərkən qəhvə növbəsində gözləmək, ac halda tıxacda qalmaq və ya restoranda masanın hazırlanması üçün yarım saat gözləmək... Bir çoxumuz bu vəziyyətlərə müəyyən qədər dözürük, amma bəziləri buna heç cür səbir edə bilmir.

Demokrat.az xəbər verir ki, astroloqların fikrincə, bu dözümsüzlüyün arxasında 5 bürc dayanır.

Qoç işlərin dünən bitmiş olmasını gözləyir

Doğuşdan lider olan Qoç özündən fərqli düşünən insanlara qarşı o qədər də səbirli deyil. Astroloq Viktoriya Tomasın sözlərinə görə, Qoç zodiak dairəsinin ilk bürcüdür və hər şeydə birinci olmağı gözləyir. Bu xüsusiyyət bəzən onu düşünmədən hərəkət etməyə də sövq edir.

Astroloq Reyçel Klerin fikrincə, fəaliyyət və impuls planeti Marsın idarə etdiyi Qoç tələsik qərarlar verməyə və geriyə baxmadan yeni işlərə başlamağa meyllidir. Astroloq Syuzan Bayns da bu bürcün gördüyü hər işdə tələsdiyini bildirir.

Şir çətinlik yarananda mübarizə aparmaq əvəzinə yolunu dəyişir

Diqqət mərkəzində olmaq istəyən Şir bütün gözlər onun üzərində olmayanda narahat olur. Bürclər arasında ən şanslılardan biri olduğuna inandığı üçün işlərin öz-özünə yoluna düşməsinə də öyrəşib. Bu baş verməyəndə isə istədiyini əldə etmək üçün dərhal başqa yola yönəlir.

Tomas deyir ki, Şirlər zodiak dairəsini öz parlaq enerjiləri və səxavətli ruhları ilə işıqlandırırlar, lakin çətin işlərlə məşğul olmağa və uzun müddət mübarizə aparmağa o qədər də həvəsli deyillər. Buna görə də işdə çətin dövr keçirən Şirin istefa verib özünə başqa iş tapması təəccüblü deyil.

Oğlaq işi başqasına həvalə etmək əvəzinə dərhal özü görür

İnadkar Oğlaq hər kəsin onun ardınca getməsini və xüsusilə iş yerində özünün yüksək standartlarına uyğun davranmasını gözləyir. Tomasın sözlərinə görə, Oğlaq başqasının hər hansı işlə məşğul olmasını izləyərkən tez əsəbiləşir. Çünki həmin işi daha yaxşı görə biləcəyinə inanır və başqasını izləməklə vaxt itirmək istəmir.

Baynsın fikrincə, bu səbirsizlik qəzəbə də çevrilə bilər. O deyir ki, Oğlağın qəzəbi sizə yönəlibsə, "yəqin ki, yaxşı gün keçirməyəcəksiniz", çünki onlar emosional partlayışa meyllidirlər. Oğlağın gərgin olduğunu hiss etdikdə söhbətə müdaxilə etməmək və fikir bildirməmək daha yaxşıdır.

Əkizlər həyatın gözləntilərini qarşılamaması zamanı narahat olur

Daim həyəcan axtaran Əkizlər haqqında Tomas deyir ki, eyni vaxtda bir neçə işi görməyə meylli olan bu bürc layihədən layihəyə, bəyəndiyi bir insandan digərinə keçə bilir. Tomas bu bürcün diqqət müddətinin qısa olmasını hava elementi ilə onun idarəedici planeti Merkürün birləşməsi ilə əlaqələndirir.

Buna görə də Əkizlərin daha əyləncəli bir seçim ortaya çıxanda planlarını son anda ləğv etməsi və ya bir qədər darıxanda münasibətini bitirməsi təəccüblü deyil.

Balığın səbirsizliyi ən çox münasibətlərdə üzə çıxır

Bu su bürcü sakit görünsə də, görünüş aldadıcı ola bilər. Emosional xarakterinə görə Balığın əhvalı tez-tez dəyişir. Tomas Balığı bürclərin ən həssası və romantiki kimi xarakterizə edərək onu "əsl dram kraliçası" adlandırır. O əlavə edir: "Balıq hər gün ümidlərin, istəklərin, kaprizlərin və güvənsizliklərin yaratdığı eniş-yoxuşları yaşayır". Bu səbəbdən Balıq münasibətlərində qarşı tərəfin sevgisindən daim əmin olmaq istəyir.

Jalə