Numerologiyaya görə insanın doğulduğu gün onun xarakteri və həyatda hansı məqsədə yönəldiyi barədə müəyyən ipucları verə bilər.
Demokrat.az xəbər verir ki, "Parade" nəşri doğum tarixlərinin numeroloji yozumlarını təqdim edib. Bu yanaşmaya əsasən, doğum gününün rəqəmləri müəyyən mənəvi xüsusiyyətlərlə əlaqələndirilir.
Numerologiyada doğum tarixi rəqəmlərin cəmlənməsi yolu ilə hesablanır. Məsələn, yanvarın 15-də doğulan şəxsin rəqəmi 1+1+5=7 kimi müəyyən edilir. Hər bir rəqəmin fərqli enerji və məna daşıdığı hesab olunur.
Məsələn, 2 yanvarda doğulanların məqsədinin xaos içində harmoniya yaratmaq, 8 yanvarda doğulanların isə maddi imkanlarla həyatdakı mənəvi məqsədləri uzlaşdırmaq olduğu bildirilir.
3 fevral doğumluların insanlara sevinc bəxş etməyə, 19 fevral doğulanların isə daha geniş düşünərək başqalarına istiqamət verməyə meyilli olduğu qeyd edilir.
1 mart doğulanların yeni başlanğıclara yol açdığı, 12 mart doğulanların mürəkkəb məsələləri sadə şəkildə izah etmək qabiliyyətinə malik olduğu, 10 aprel doğulanların isə liderlik və həssaslığı birləşdirməli olduğu vurğulanır.
Yay aylarında doğulanlarla bağlı yozumlarda da müxtəlif xüsusiyyətlər önə çəkilir. 7 iyul doğumluların həqiqəti araşdırmağa, 19 iyul doğulanların liderlik etməyə, 14 avqust doğulanların isə ideyaları reallığa çevirməyə yönəldiyi hesab edilir.
2 sentyabr doğulanlara insanlar arasında körpü yaratmaq, 10 oktyabr doğulanlara özünəməxsus liderlik nümayiş etdirmək, 11 noyabr doğulanlara isə başqalarının potensialını üzə çıxarmaq aid edilir.
Dekabr ayında doğulanlar üçün isə 5 dekabr azadlıq, 13 dekabr yaşanmış çətinliklərdən müdriklik əldə etmək, 31 dekabr isə bir mərhələnin sonunun yeni başlanğıca çevrilməsi ilə əlaqələndirilir.
Jalə

