2026-cı ilin oktyabr ayı numerologiyada "2" universal ayı hesab olunur. Bu səbəbdən ayın əsas mövzuları tərəfdaşlıq, əməkdaşlıq və komanda işi ilə əlaqələndirilir.
Demokrat.az xəbər verir ki, "Your Tango"da yayımlanan numeroloji proqnoza əsasən, oktyabrda müxtəlif həyat yolu rəqəmlərinə sahib insanlar üçün fərqli tövsiyələr verilir.
1-ci həyat yolu: Bu rəqəmə sahib olanlara hər şeyi təkbaşına etməyə çalışmaq əvəzinə başqaları ilə əməkdaşlıq etmək tövsiyə olunur. Yaradıcılığa və sosial fəaliyyətlərə daha çox vaxt ayırmaq məsləhətdir.
2-ci həyat yolu: Oktyabrda evdə daha çox vaxt keçirmək istəyi yarana bilər. Bununla belə, tam təcrid olunmaq əvəzinə tərəfdaşlarla və komanda ilə birgə fəaliyyətə üstünlük vermək tövsiyə edilir.
3-cü həyat yolu: Üçlər üçün dostlarla səyahət və birgə əyləncələr ön plana çıxır. Yeni yerlər görmək, macəralara qatılmaq və fərqli fəaliyyətləri sınamaq məsləhət görülür.
4-cü həyat yolu: Bu dövrdə münasibətləri möhkəmləndirmək və əməkdaşlığa diqqət yetirmək tövsiyə olunur. Münaqişələr zamanı diplomatik davranmaq, qarşı tərəfin fikrini dinləmək və səbirli olmaq vacib sayılır.
5-ci həyat yolu: Beşlər üçün oktyabr daha sakit dövr kimi xarakterizə olunur. Meditasiya və digər mənəvi praktikalarla yanaşı, istirahətə və özünə qayğıya vaxt ayırmaq tövsiyə edilir.
6-cı həyat yolu: Altılar üçün komanda işi və icma ilə əməkdaşlıq əsas mövzulardan biridir. Başqalarının ideyalarını nəzərə almaq və artıq ehtiyac duyulmayan məsələlərdən uzaqlaşmaq məhsuldarlığı artıra bilər.
7-ci həyat yolu: Yeddilər üçün ay müəyyən qarşıdurmalarla əlaqələndirilir. Proqnoz onların komfort zonasından çıxaraq başqaları ilə əməkdaşlıq etməsini, hətta imkan olduqda xeyriyyə fəaliyyətlərinə qoşulmasını tövsiyə edir.
8-ci həyat yolu: Səkkizlər üçün ortaq məqsəd ətrafında insanları bir araya gətirmək əlverişli hesab olunur. Təşkilatçılıq bacarıqlarından istifadə etmək, təşəbbüs göstərmək və intuisiyaya güvənmək məsləhət görülür.
9-cu həyat yolu: Doqquzlar üçün oktyabr əvvəlki dövrün gərginliyindən sonra bir qədər dincəlmək zamanı kimi təqdim olunur. Məsuliyyəti başqaları ilə bölüşmək və komandanın bir hissəsi kimi fəaliyyət göstərmək tövsiyə edilir.
Jalə


