Dünya

Putin azərbaycanlılarla bağlı qərar imzaladı

Putin azərbaycanlılarla bağlı qərar imzaladı

Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslərin ölkədən Azərbaycan, Tacikistan, Özbəkistan və Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrə bir milyon rubldan artıq nağd pul çıxarmasını məhdudlaşdırıb.

Məlumata görə, Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanla yanaşı, hüquqi şəxslərin və fərdi sahibkarların Rusiyadan Azərbaycan, Tacikistan və Özbəkistana nağd rubl çıxarmasına tətbiq edilən qadağanın müddəti də uzadılıb. Bu kateqoriyaya aid şəxslər üçün məbləğdən asılı olmayaraq nağd pul ixracına icazə verilmir.

Sənəddə bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, təsdiqlənmiş bank sənədləri əsasında hökumətin müəyyən etdiyi beynəlxalq hava limanlarından, beynəlxalq daşımaların həyata keçirilməsi zamanı, həmçinin Xarici İşlər Nazirliyinin bildirişi əsasında diplomatik məqsədlərlə pul ixracına icazə verilir.

Qərara əsasən, məhdudiyyətlərin pozulması halında fiziki şəxslərdən müəyyən edilmiş həddi aşan valyuta müsadirə ediləcək. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə çıxarılan vəsaitin tam müsadirəsi nəzərdə tutulur.