Türk hərb sənayesinin əsas şirkətlərindən olan Kimya Maşınqayırma Sənayesinə (MKE) bağlı müəssisələrdən yeni sənədli film hazırlanıb.
Demokrat.az xəbər verir ki, filmin müəllifi tanınmış türk jurnalist Hakan Çelikdir
Türk ordusunun əsas dayağı sayılan MKE-nin nəhəng istehsalat müəssisələrində buraxılan silah növləri haqda filmdə geniş və ətraflı məlumat verlir.
Türkiyənin milli avtomatik piyada tüfəngi MPT-76 necə istehsal olunur? MKE silah zavodunda bütün proses – dizayn və xammalın emalından tutmuş montaj xəttinə, həmçinin ən ciddi keyfiyyət və davamlılıq sınaqlarına qədər bu filmdə incəliklərinə qədər öz əksini tapıb.
Xatırladırıq ki, 1935-ci ildə qurulan MKE silah zavodu, uzun illər Türk Silahlı Qüvvələrinin arsenalında yer almış G3 və MG3 kimi əfsanəvi silahlardan sonra tamamilə yerli və milli piyada tüfəngimiz olan MPT-76-nı istehsal etməklə böyük bir nailiyyətə imza atıb. Hazırda şirkıtin məhsulları dünya ölkələrinə ixrac edilməkdədir.



