Dünya

Bir il gözlədi, 8 min avroluq çantasına qovuşdu - FOTO

Bir il gözlədi, 8 min avroluq çantasına qovuşdu - FOTO

Türkiyəli model və aparıcı Demet Şener uzun müddət gözlədiyi arzusuna çatıb. O, məşhur "Hermès" brendinin "Mini Kelly" model çantasını əldə etmək üçün bir il növbə gözləyib.

Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Şener çantanı almaq üçün bir günlük Almaniya səfəri edib. Alış-verişini tamamladıqdan sonra Türkiyəyə qayıdan məşhur model Bebekdə jurnalistlərin suallarını cavablandırıb.

Şener bildirib ki, "Hermès"in bəzi modellərini əldə etmək üçün əvvəlcədən növbəyə yazılmaq lazımdır. Onun sözlərinə görə, Almaniyada yaşayan qardaşının həyat yoldaşı da çantanı əldə etmək üçün onun adına növbəyə dayanıb və bir il sonra növbə çatıb.

"Bu markanı bilənlər bilir, almaq üçün növbəyə girirsiniz. Qardaşım orada yaşadığı üçün həyat yoldaşı mənim üçün növbəyə girdi. Bir ildən sonra çanta gəldi. Onsuz da qaydası belədir. Həm də qardaşlarımı görmək üçün bəhanə oldu", - deyə Şener bildirib.

Məşhur model çantanın qiymətinin 8 min avro olduğunu açıqlayıb. O, şəxsi qazancı ilə belə alış-verişlər etməsindən məmnun olduğunu vurğulayıb.

Şener illərdir çalışdığını və ehtiyaclarını öz qazancı hesabına qarşıladığını qeyd edib: "Belə bir imkanım var. Özüm alıram, özüm istifadə edirəm. Başqasının mənim üçün almasını gözləmirəm. Bu yaşda işləmək çox gözəldir. Özümlə qürur duyuram".

Beləliklə, Demet Şener uzun müddət gözlədiyi "Mini Kelly" çantasına sahib olmaq üçün həm bir il növbə gözləyib, həm də bu məqsədlə Almaniyaya qısa səfər edib.

Bir il gözlədi, 8 min avroluq çantasına qovuşdu - FOTO

Jalə