İnfrastruktur

ADY sərnişinlər üçün 4 alternativ avtobus marşrutu təklif edir

ADY sərnişinlər üçün 4 alternativ avtobus marşrutu təklif edir

Azərbaycan Dəmir Yolları (ADY) sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə alternativ marşrutlar təklif edib.

Demokrat.az xəbər verir ki, bu barədə ADY və "Bakubus" MMC məlumat yayıb.

Bildirilib ki, sərnişinlər Dərnəgül dəmiryol dayanacağından yaxınlıqdakı avtobus dayanacağına keçərək 4 fərqli marşrutdan istifadə edə bilərlər.

Bu marşrutlarla şəhərin müxtəlif istiqamətlərinə, o cümlədən Badamdar qəsəbəsi, Mərkəzi Bank və 20-ci sahə ərazilərinə getmək mümkündür.

ADY həmçinin sərnişinlərə qatarların hərəkət cədvəli ilə qurumun rəsmi internet saytı və "ADY Mobile" tətbiqi vasitəsilə tanış olmağı tövsiyə edib.