Azərbaycanın məşhur Xalq artistinin oğluna xəbərdarlıq edilib.
Demokrat.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yoxlama aparıb. Yoxlamalar nəticəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının bir sıra qanun pozuntularına yol verdiyi müəyyən edilib.
Nəticədə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin baş inspektorları, gömrük xidməti polkovnik-leytenantı Mehdi Qadir oğlu Rüstəmova Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tərəfindən xəbərdarlıq edilib. Ona işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib.
Qeyd edək ki, xəbərdarlıq edilən Mehdi Qədir oğlu Rüstəmov Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun oğludur.
Fotoda Xalq artisti Qədir Rüstəmov:


