Siyasət

Azərbaycan universitetlərinin reytinqdə mövqeyi güclənib

Azərbaycan universitetlərinin reytinqdə mövqeyi güclənib

"UI GreenMetric World University Rankings" tərəfindən 2026-cı il üzrə dünya universitetlərinin dayanıqlılıq reytinqinin nəticələri açıqlanıb.

Demokrat.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu il reytinqdə təmsil olunan Azərbaycan ali təhsil müəssisələrinin sayı 19-dan 22-yə yüksəlib. TOP 500-lükdə yer alan universitetlərin sayı isə 1-dən 5-ə çatıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 366-cı pillə ilə ölkə üzrə ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 369-cu, Azərbaycan Texniki Universiteti 436-cı, Azərbaycan Dövlət İqtisad Universiteti 445-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 449-cu yerdə qərarlaşıb.

Ümumilikdə, 16 Azərbaycan ali təhsil müəssisəsi ötən illə müqayisədə reytinqdə mövqeyini yaxşılaşdırıb.

Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyası isə bu il ilk dəfə "UI GreenMetric World University Rankings"də yer alıb.

Qeyd olunub ki, nəticələr ölkənin ali təhsil müəssisələrində dayanıqlı inkişaf prinsiplərinin və ekoloji məsuliyyət yanaşmasının tətbiqində müsbət dinamikanı, eləcə də yaşıl universitet modelinin genişləndiyini göstərir.

JD
Jalə Davud