Özəl

Başından vuruldu, ölümdən döndü: "Bir caninin əsəriyəm"

Başından vuruldu, ölümdən döndü: Bir caninin əsəriyəm

İllər əvvəl qatıldığı səs yarışması ilə tanınan Mutlu Kaya ağır silahlı hücumdan sonra keçdiyi uzunmüddətli müalicə prosesi ilə yenidən gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, 2015-ci ildə qatıldığı səs yarışmasındakı çıxışı ilə böyük auditoriyanın diqqətini çəkən Kaya həmin il Diyarbakırın Ergani rayonundakı evində keçmiş sevgilisinin silahlı hücumuna məruz qalıb. Başından güllə yarası alan gənc qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və uzun müddət müalicə olunub.

Hücumdan sonra illərlə müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparan Kaya fiziki terapiya keçərək yenidən hərəkət etməyə başlayıb. Bir müddət yataqdan qalxa bilməyən Kaya sonrakı dövrdə dəstək vasitəsilə ayaq üstə dayandığı anları sosial media hesabında paylaşaraq mübarizəsini izləyiciləri ilə bölüşüb.

Mutlu Kaya son paylaşımında səs yarışmasında iştirak etdiyi dövrdən olan görüntüsü ilə müalicə prosesindən fotolarını bir araya gətirib. O, paylaşımında "Nəzər sizi bu hala gətirə bilər" ifadəsini yazıb.

Paylaşım izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb və Kaya çoxsaylı dəstək mesajları alıb.

Daha sonra yeni paylaşım edən Kaya yaşadığı ağır hadisəyə diqqət çəkərək, "Canım dostlarım, mənim dəyərlilərim. Bir caninin əsəriyəm. Təbii ki, bu bir axındır, amma paxıllıqla baxan gözləri də unutmadım", deyə qeyd edib.

Kayanın illər ərzində keçdiyi müalicə və reabilitasiya prosesi ilə bağlı paylaşdığı görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.

Jalə

JD
Jalə Davud