Şou-biznes

"Halef"in aktirsası həbs olundu

Halefin aktirsası həbs olundu

"Halef: Köklerin Çağrısı" serialının baş rol ifaçısı Biran Damla Yılmaz Almaniyada 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, qərar aktrisanın Almaniyada yaşadığı dövrdə müxtəlif estetik prosedurlardan keçməsi və onların ödənişlərini etməməsi ilə bağlıdır. Bildirilir ki, botoks, dodaq dolğusu, sellülit müalicəsi və lazer prosedurlarının ümumi dəyəri 285 min avroya çatıb.

Məlumata görə, ödənişlər həyata keçirilmədikdən sonra Almaniyada hüquqi proses başladılıb və məsələ polis, prokurorluq və kreditorların müdaxiləsinə qədər gedib. Nəticədə Yılmaz barəsində 6 aylıq həbs qərarı çıxarılıb.

Aktrisanın estetik prosedurlar zamanı keçmiş sevgilisi Abdurrahman Aydını zamin göstərdiyi də iddia olunur. Cütlüyün 2026-cı ilin mayında ayrıldığı, Yılmazın isə bundan sonra Türkiyəyə qayıtdığı qeyd edilir. Borcun müəyyən hissəsinin Aydından tutulduğu və onun məsələ ilə bağlı hüquqi addımlar atdığı bildirilir.

Yılmazla bağlı başqa bir iddia da Almaniyada yaşayış icazəsi almaq üçün saxta sənədlərdən istifadə etməsidir. Aydın iyul ayında bu məsələ ilə bağlı İstanbul Respublika Baş Prokurorluğuna müraciət edərək aktrisanı rəsmi sənədlərdə saxtakarlıq və dələduzluqda ittiham edib.

Bununla belə, Biran Damla Yılmazın vəkili iyun ayında yayılan açıqlamasında Almaniyada aktrisa barəsində hər hansı məhkəmə prosesi və ya həbs qərarının olmadığını bildirmiş, irəli sürülən iddiaları təkzib etmişdi. Vəkil həmçinin Aydın barəsində Türkiyədə təhdid və israrlı təqib ittihamları üzrə araşdırma aparıldığını açıqlamışdı.

Hazırda 6 aylıq həbs qərarı ilə bağlı Yılmaz tərəfindən yeni açıqlama verilməyib.

Jalə

JD
Jalə Davud