Rauf Arifoğlundan rəqibinə mesaj: "MSK nəticələri ləğv etsin, bir daha yarışaq"

SİYASƏT 13 fev 2020, 15:07

Mərkəzi Seçki Komissiyası ləğv etsin, bir daha yarışaq. Sosial şəbəkədə fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər!

 

Demokrat.az xəbər verir ki, bu sözləri 35 saylı Xətai üçüncü seçki dairəsindən lider olan “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu sosial şəbəkə hesabında paylaşıb.


Paylaşımda bildirilir: "Rəqiblərim, ölkəni qarışdırmaq istəyən şəbəkə sosial mediada fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində apardığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar.


Təmiz, halal bir qələbə qazanmışam! QƏBULLANA BİLMİRLƏR!!! Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər!!!


Çünki bu, gerçəkdir və nəticə birilərinin çirkli siyasi karyerasını bitirir! 5000 səs fərqi ilə özündən razı və saxtakar rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Bütün anti -islahat, sabotaj dəstəsi ona dəstəkdirmi?


Hadi, mən də razıyam! Bir daha yarışaq! İddia etmirsiz, MSK nəticələri ləğv edəcək? Etsin!


Təkrar, bütün ölkənin gözləri önündə yarışaq. Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan! Rüşvət olmadan. Çirkli texnologiyalar olmadan!


Amma biləsiz: heç nə dəyişməyəcək! Yenə udacam! 5 dəfə də olsa, bu adamın məni seçki meydanında udma şansı yoxdur! Ona görə də sakitləşsin, otursun yerinə!!!


Hodri meydan!!! Olsun və yarış yenidən başlasın!!! Bunu bu dəfə mən tələb edirəm!!!"


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top