Sağlamlıq Özəl

Brokoli və kələm təzyiqi aşağı salır? — Alimlərdən yeni araşdırma

Brokoli və kələm təzyiqi aşağı salır? — Alimlərdən yeni araşdırma

Yeni araşdırma brokoli, gül kələmi və digər kələm növlərinin yüksək qan təzyiqinin azalmasına kömək edə biləcəyini göstərib.

Demokrat.az xəbər verir ki, Avstraliyada aparılan araşdırmada yüngül yüksək təzyiqi olan insanların qidalanması iki həftə ərzində izlənilib.

Nəticələrə görə, gündə təxminən 4 porsiya kələmkimilərdən istifadə sistolik qan təzyiqini orta hesabla 2,5 mm civə sütunu aşağı salıb.

Alimlər bildirirlər ki, bu tərəvəzlərin tərkibindəki lif və digər faydalı maddələr qan təzyiqinin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Araşdırmada brokoli, gül kələmi və digər kələm növlərinin bəzi digər tərəvəzlərlə müqayisədə qan təzyiqi və qandakı yağların səviyyəsinə daha güclü təsir göstərdiyi də müəyyənləşdirilib.

Mütəxəssislər brokoli və gül kələmini buxarda bişirməyi, salatlara əlavə etməyi və ya sağlam qəlyanaltı kimi istifadə etməyi tövsiyə edirlər.

Jalə Demokrat.az

D
demokrat.az